Categories
South Caucasus

“Müdafiə Xətti” insan haqları təşkilatı 2026-cı ilin sentyabrında Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabat yayıb. Təşkilat hesabatında ötən ay ərzində siyasi motivli hesab etdiyi həbslər, məhkəmə prosesləri, həbsxanalardakı saxlanma şəraiti, media və rəqəmsal azadlıqlarla bağlı problemlərin davam etdiyini bildirib. Hesabatda sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Anar Məmmədlini 13, onunla eyni iş üzrə mühakimə olunan Anar Abdullayevi isə 12 il müddətinə azadlıqdan məhrum etməsi xatırladılıb. “Müdafiə Xətti” “Meydan TV işi” üzrə məhkəmə proseslərinin də sentyabrda davam etdiyini


Listen to this article
“Müdafiə Xətti” insan haqları təşkilatı 2026-cı ilin sentyabrında Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabat yayıb.

Təşkilat hesabatında ötən ay ərzində siyasi motivli hesab etdiyi həbslər, məhkəmə prosesləri, həbsxanalardakı saxlanma şəraiti, media və rəqəmsal azadlıqlarla bağlı problemlərin davam etdiyini bildirib.

Hesabatda sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Anar Məmmədlini 13, onunla eyni iş üzrə mühakimə olunan Anar Abdullayevi isə 12 il müddətinə azadlıqdan məhrum etməsi xatırladılıb.

“Müdafiə Xətti” “Meydan TV işi” üzrə məhkəmə proseslərinin də sentyabrda davam etdiyini qeyd edib. Təşkilatın məlumatına görə, sentyabrın 16-da keçirilən prosesdə jurnalist Şəmşad Ağa cinayət işinin saxta ittihamlar üzərində qurulduğunu deyib.

Daha ətraflı:  shorturl.at/l2sl2