Categories
South Caucasus

İyulun 24-də “Meydan TV işi” üzrə keçirilən məhkəmə iclasında jurnalistlər Xəyalə Ağayeva, Fatimə Mövlamlı və Ramin Cəbrayılzadə (Deko) ifadə veriblər. Onların hər üçü ittihamları rədd edərək həbslərinin jurnalist fəaliyyətləri ilə bağlı olduğunu bildiriblər. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən proses əvvəlcə təqsirləndirilən şəxslərin və vəkillərin vəsatətləri ilə başlayıb. “Meydan TV”nin yazdığına görə, Xəyalə Ağayeva saxlanıldığı Bakı İstintaq Təcridxanasında telefonla danışmaq hüququnun pozulduğunu deyib. Onun sözlərinə görə, iyulun 23-də telefon danışığı qəfil dayandırılıb və buna dair heç bir izahat verilməyib. Nurlan Libre (Qəhrəmanlı) isə dos


Listen to this article
İyulun 24-də “Meydan TV işi” üzrə keçirilən məhkəmə iclasında jurnalistlər Xəyalə Ağayeva, Fatimə Mövlamlı və Ramin Cəbrayılzadə (Deko) ifadə veriblər. Onların hər üçü ittihamları rədd edərək həbslərinin jurnalist fəaliyyətləri ilə bağlı olduğunu bildiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən proses əvvəlcə təqsirləndirilən şəxslərin və vəkillərin vəsatətləri ilə başlayıb.

“Meydan TV”nin yazdığına görə, Xəyalə Ağayeva saxlanıldığı Bakı İstintaq Təcridxanasında telefonla danışmaq hüququnun pozulduğunu deyib. Onun sözlərinə görə, iyulun 23-də telefon danışığı qəfil dayandırılıb və buna dair heç bir izahat verilməyib.

Nurlan Libre (Qəhrəmanlı) isə dostlarının göndərdiyi məktubların ona çatdırılmadığını bildirib. Vəkili əlavə edib ki, hətta ittiham aktının müvəkkilinə verilməsinə də maneələr yaradılır.

Daha ətraflı oxumaq üçün:  shorturl.at/GWKpV