Bakı sakini “TikTok” sosial şəbəkəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti barədə yazdığı şərhə görə 15 sutka inzibati həbs edilib.
“Abzas Media”nın əldə etdiyi məhkəmə qərarına əsasən, iyunun 3-də Suraxanı Rayon Məhkəməsinin hakimi Nərminə Rzayeva belə hökm verib.
İş materiallarında bildirilir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi bir vətəndaş haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə protokol tərtib edib. Bu maddə internetdə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutur.
Polis əməkdaşı məhkəmədə bildirib ki, sözügedən şəxs “TikTok”da AYNA-nın ünvanına “qeyri-etik rəylər və ifadələr” yazdığı üçün polis şöbəsinə aparılıb. Məhkəmə qərarında onun konkret hansı ifadələri yazdığı göstərilməyib.
Daha ətraflı oxumaq üçün: shorturl.at/eGDSR
