“Jurnalistlərin həbsi bütövlükdə ifadə azadlığına basqıdır. Hakimiyyət buna nail olub. Hazırda hakimiyyət qazandığını düşünür, çünki zibilləri xalçanın altına süpürməklə məşğuldur. Ancaq tez və ya gec, üfunət iyi mütləq ölkəni bürüyəcək və o zaman heç nəyi gizlətmək mümkün olmayacaq. Tarixin heç bir səhifəsində güc və iqtidar daimi olmayıb…
“Əkinçi” qəzetinin sonuncu – 56-cı sayında bir bayatı dərc olunub. Düzdür, orada bu, Rusiya-Türkiyə münasibətlərinə həsr olunub. Mənsə bunu müasir mediamıza ithaf edirəm:
Əzizim, qar qalandı,
Qar yağdı, qar qalandı.
Qarğalar Laçın oldu,
Laçınlar qarğalandı…”
“Meydan TV işi” üzrə iki ilə yaxındır həbsdə saxlanılan baş redaktor Aynur Elgünəş (Qənbərova) Milli Mətbuat Günü münasibətilə “Abzas Media”ya müsahibə verib.
O, həbsdə keçirdiyi ikinci Milli Mətbuat Günündən, Azərbaycanda müstəqil medianın vəziyyətindən, jurnalist həbslərinin ifadə azadlığına təsirindən və hakimiyyətin informasiya axınına nəzarət cəhdlərindən danışıb.
Aynur Elgünəşin müsahibəsini oxuyun: shorturl.at/C2oDq
