Categories
South Caucasus

“2005-ci ildə “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun indiyədək üstü bağlı saxlanılan siyasi qətlindən sonra azad mətbuat sövq-təbii özünüsenzuraya məcbur duruma düşmüş, bir çox müstəqil informasiya resurslarına ölkə daxilində girişə məhkəmə qərarı (oxu: hakimiyyətin əmri) ilə məhdudiyyət qoyulmuş, bir neçə tanınmış jurnalist və bloger qondarma ittihamlarla həbs həyatı yaşamış, yaxud mühacirət etmişdir. Belə bir şəraitdə “cücərən” əsasən yeni nəsil jurnalist və reportyorları öz ətrafında birləşdirən, sosial şəbəkələrdə geniş auditoriya toplamış “Abzas Media”, “Toplum TV” və “Meydan TV” kimi müstəqil informasiya yayımı mənbələri cəmiyyətdə nüfuzunu artırmaqla hökumətin və onun proksil


Listen to this article
“2005-ci ildə “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun indiyədək üstü bağlı saxlanılan siyasi qətlindən sonra azad mətbuat sövq-təbii özünüsenzuraya məcbur duruma düşmüş, bir çox müstəqil informasiya resurslarına ölkə daxilində girişə məhkəmə qərarı (oxu: hakimiyyətin əmri) ilə məhdudiyyət qoyulmuş, bir neçə tanınmış jurnalist və bloger qondarma ittihamlarla həbs həyatı yaşamış, yaxud mühacirət etmişdir.

Belə bir şəraitdə “cücərən” əsasən yeni nəsil jurnalist və reportyorları öz ətrafında birləşdirən, sosial şəbəkələrdə geniş auditoriya toplamış “Abzas Media”, “Toplum TV” və “Meydan TV” kimi müstəqil informasiya yayımı mənbələri cəmiyyətdə nüfuzunu artırmaqla hökumətin və onun proksilərinin saxta təbliğat maşınına özünün operativ və obyektiv xəbər, reportaj və təhqiqat ilə ciddi rəqibə çevrildi.”

“Abzas Media işi” üzrə həbs edilərək 9 il azadlıqdan məhrum edilmiş araşdırmaçı jurnalist Hafiz Babalı Milli Mətbuatın yaranmasının 151-ci ildönümü münasibətilə 2 saylı Cəzaçəkmə Müəssisəsindən yazı qələmə alıb.

“Abzas Media” Hafiz Babalının yazısını olduğu kimi təqdim edir. Məqaləni oxumaq üçün linkə keçid edin:  shorturl.at/pvRWj