18 il azadlıqdan məhrum edilən talış tədqiqatçısı İqbal Əbilovun cərimə kamerasına (“kars”) salındığı bildirilir.
Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Məlumata görə, iyulun 9-da Əbilovun valideynləri ilə nəzərdə tutulan görüş baş tutmayıb. Valideynləri tələb olunan sənədləri təqdim etdikdən sonra təxminən bir saat gözlədilsələr də, onlara görüşə icazə verilməyib. Sənədlər geri qaytarılıb, gətirilən sovqat isə qəbul edilməyib.
Yaxınlarına Əbilovun saxlanıldığı yerin dəyişdirildiyi bildirilib və növbəti həftə gəlmələri istənilib.
Həmin gün vəkil Fariz Namazlının da müvəkkili ilə görüşünə icazə verilmədiyi bildirilir. Vəkilə Əbilovun cərimə kamerasına salındığı deyilsə də, bu qərarın səbəbi açıqlanmayıb.
Xəbəri oxuyun: shorturl.at/12QNC
