Categories
South Caucasus

Azərbaycan Xalq Cəbhəsi Parsiyasının (AXCP) Daşkəsən Rayon Şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində quru aclıq aksiyasına başladığı bildirilir. “Abzas Media”ya danışan yaxınlarının sözlərinə görə, Məmmədzadə cərimə kamerasına (“kars”) salınmasına etiraz olaraq 4 gündür aclıq aksiyası keçirir. Məlumata görə, fəal məhkumların gündəlik düzülüşünə corabsız çıxdığı üçün cəzalandırılıb. Məsələ ilə bağlı 10 saylı Cəzaçəkmə Müəssisəsindən və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Penitensiar Xidmət bu cür hallarla bağlı adətən məhkumlarla rəftarın qanunvericilik çərçivəsində həyata keçirildiyini bildirir. Sahib Məmmədzadə 2024-cü il martın 18-d


Listen to this article
Azərbaycan Xalq Cəbhəsi Parsiyasının (AXCP) Daşkəsən Rayon Şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində quru aclıq aksiyasına başladığı bildirilir.

“Abzas Media”ya danışan yaxınlarının sözlərinə görə, Məmmədzadə cərimə kamerasına (“kars”) salınmasına etiraz olaraq 4 gündür aclıq aksiyası keçirir.

Məlumata görə, fəal məhkumların gündəlik düzülüşünə corabsız çıxdığı üçün cəzalandırılıb.

Məsələ ilə bağlı 10 saylı Cəzaçəkmə Müəssisəsindən və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Penitensiar Xidmət bu cür hallarla bağlı adətən məhkumlarla rəftarın qanunvericilik çərçivəsində həyata keçirildiyini bildirir.

Sahib Məmmədzadə 2024-cü il martın 18-də bacısı ilə birlikdə yük maşınında mal-qaranı yaylağa apararkən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 23 qram narkotik vasitə aşkarlanıb.

AXCP funksionerinə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılıb. Bu maddə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını külli miqdarda hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmanı nəzərdə tutur.

Məmmədzadə ittihamı qəbul etmir. O, məhkəmədəki ifadəsində cinayət işini “şou” və “tamaşa” adlandırıb:

“Bura məhkəmə olsaydı, məni açıb azadlığa buraxardılar. Çünki burada mənim təqsirim yox, təqsirsizliyim – cibimə narkotik atılıb şərlənməyim sübut olundu”.

Həmin il dekabrın 10-da Gəncə Ağır Cinayətlər Məhkəməsi Sahib Məmmədzadəni 6 il 6 ay azadlıqdan məhrum edib. 2025-ci ilin martında apellyasiya instansiyası onun cəzasını 3 il 6 aya endirib.

AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla, partiyanın 20-yə yaxın üzvü və fəalı həbsdədir. Partiya onların həbsini siyasi motivli sayır.

Rəsmilər isə ölkədə siyasi həbslərlə bağlı iddiaları əsassız sayır və bildirirlər ki, siyahılarda adı çəkilən şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.

Yerli hüquq müdafiəçiləri hazırda Azərbaycan həbsxanalarında 320-dən çox siyasi məhbusun olduğunu deyir.