Avropa İnsan Hüquqları Məhkəməsi Gəncədə əmlakı sökülən Verdiyevlər ailəsinin mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu tanıyıb.
“Azadlıq Radiosu”nun yazdığına görə, məhkəmənin iyulun 7-də açıqladığı qərara əsasən, Azərbaycan hökuməti ərizəçilərə maddi və mənəvi zərərə görə ümumilikdə 75 min 450 avro təzminat ödəməlidir.
Şikayəti Firuz Verdiyev və Səfayət Verdiyeva göndərib. Onlar bildiriblər ki, Gəncə şəhərinin Kəpəz rayonu ərazisində 271.9 kvadratmetrlik obyektin və onun yerləşdiyi 0.2999 hektar torpaq sahəsinin mülkiyyətçisi olublar.
Ərizəçilərin sözlərinə görə, mülkiyyəti təsdiqləyən sənədlərin olmasına baxmayaraq, Kəpəz Rayon İcra Hakimiyyəti 2013-cü ilin avqustunda obyekti onların razılığı olmadan sökdürüb.
Xəbərin davamı: shorturl.at/V33GI
