Categories
South Caucasus News

“Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib – VİDEO


“Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib – VİDEO

Qoşun növü, birlik, birləşmə, hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat (İİ və MPT) üzrə şöbə və bölmə (aidiyyəti kafedra və silsilə) rəisləri, hərbi hissələrin qərargah rəislərinin İİ və MPT üzrə köməkçiləri və psixoloqları ilə təlim-metodiki toplantı çərçivəsində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən tədbirdə müstəqil dövlətimizin qurucusu, görkəmli siyasi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyinə qovuşdurmuş qüdrətli şəxsiyyət Heydər Əliyevin mənalı ömür yolu, Vətən, xalq, dövlət qarşısında müstəsna xidmətlərindən danışıb. Ulu Öndərlə bağlı unudulmaz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Qeyd olunub ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömrü boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev 20 il öncə əbədiyyətə qovuşsa, cismən sıralarımızda olmasa da mənən xalqın yaddaşında, xatirəsində əbədi yaşayır və Ulu Öndərin ideyaları xalqımızı və dövlətimizi daha uğurlu xoş sabahlara, zəfərdən zəfərlərə aparır.
Bütün mənalı ömrünü mənsub olduğu xalqın xoşbəxt, firavan gələcəyinə həsr etmiş dahi Liderin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi siyasi varisi, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında son 20 ildə qazandığımız bütün uğurlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ideyaları yaşayır, Prezident İlham Əliyev ata vəsiyətini, ata arzularını ardıcıl olaraq layiqincə yerinə yetirir.
Respublikamızın suverenliyi, ərazi bütövlüyü təmin olunub. Xalqımız qalib xalq, ordumuz isə müzəffər ordu kimi dünyada məşhurlaşıb.
Azərbaycan Ordusu Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı “Yaşayır Ulu Öndər” adlı videoçarx vasitəsilə dahi Liderin həyatının müxtəlif anları vizual görüntülərlə canlandırılıb.
31 il öncə Ulu Öndər Heydər Əliyevin xeyir-duası və görkəmli sənətkarlarımız, xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun yaratdıqları, bu gün də Azərbaycan əsgərinə mədəni xidmət göstərilməsində xüsusilə fərqlənən Bakı Bələdiyyə Teatrının təqdim etdiyi “Xilaskar” adlı rekviyem-tamaşa (Abdulla Qurbaninin eyniadlı poeması əsasında) anım mərasimi iştirakçıları tərəfindən böyük maraqla izlənilib.
Sonda Azərbaycan Akademik Opera və Balet Teatrı Simfonik orkestrinin müşayiəti, xor və solistlərin iştirakı ilə hazırlanmış “Qalib Sərkərdə” adlı musiqi layihəsi təqdim olunub.
Xalq artisti, dövlət mükafatı laureatı Mərahim Fərzəlibəyov Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib və keçirilən tədbirin Ulu Öndərin xatirəsinə ən gözəl töhfə olduğunu bildirib.

“Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib – VİDEO


Categories
South Caucasus News

Azerbaijan says ‘overall consensus’ on Baku hosting COP29 – Yahoo News


Azerbaijan says ‘overall consensus’ on Baku hosting COP29  Yahoo News

Categories
South Caucasus News

Azerbaijan says ‘overall consensus’ on Baku hosting COP29 – Colorado Springs Gazette


Azerbaijan says ‘overall consensus’ on Baku hosting COP29  Colorado Springs Gazette

Categories
South Caucasus News

Azerbaijan says ‘overall consensus’ on Baku hosting COP29 – Reuters


Azerbaijan says ‘overall consensus’ on Baku hosting COP29  Reuters

Categories
South Caucasus News

Azerbaijan minister: There is overall consensus on Azerbaijan hosting COP29 – Times of India – IndiaTimes


Azerbaijan minister: There is overall consensus on Azerbaijan hosting COP29 – Times of India  IndiaTimes

Categories
South Caucasus News

Expert comments on joint statement by Armenia and Azerbaijan



Categories
South Caucasus News

Global pre-Christmas trade at risk from twin canal crises


Simultaneous disruption in the Panama and Suez canals, two vital corridors for global trade, is threatening global supply chains in the run-up to Christmas, Report informs via The Financial Times.

Categories
South Caucasus News

Lukashenko starts African tour to deepen ties


Today begins the official visits of Belarusian President Alexander Lukashenko to African countries, Report informs via Belarusian media.

Categories
South Caucasus News

Turkish ambassador reveals trade turnover between Azerbaijan and Türkiye


Trading operations worth $6.7 billion were carried out between Azerbaijan and Türkiye in the first 10 months of this year, said Turkish Ambassador to Azerbaijan Jahit Bagchi during the conference ‘Heydar Aliyev 100 – One nation, two states’ business world’, held in Baku today, Azernews reports.

Categories
South Caucasus News

Azerbaijan appoints ambassador to Moldova following presidential decree


Ulvi Bakhshaliyev has been appointed Ambassador Extraordinary and Plenipotentiary of Azerbaijan to Moldova, Azernews reports.