Day: November 27, 2023
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.
Başsağlığında deyilir: ““Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin hücumu nəticəsində şanlı türk Ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.
Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin”.
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Министр обороны Азербайджанской Республики генерал-полковник Закир Гасанов выразил соболезнования министру национальной обороны Турецкой Республики Яшару Гюлеру.
В соболезновании говорится: «Глубоко опечален вестью о гибели и ранении военнослужащих доблестной турецкой армии в результате нападения членов террористической организации в районе проведения антитеррористической операции «Pençe-Kilit»».
Мы разделяем ваше горе.
В решительной борьбе с терроризмом мы неизменно рядом с Вооруженными силами братской Турции и всеми силами поддерживаем вас.
Желаю упокоения душ военнослужащих, ставших шехидами, выражаю глубокие соболезнования их близким, мы разделяем их скорбь. Да ниспошлет Всевышний исцеления раненым.
Аллах ряхмят элясин!»
Министр обороны Азербайджана выразил соболезнования турецкой стороне
