Categories
South Caucasus

Fransa prezidenti Emmanuel Makron BMT-də keçirilən Fələstinlə bağlı sammitdə ölkəsinin Fələstini dövlət kimi tanıdığını elan edib. “Le Monde” xəbər verir ki, onun ardınca Monako və Lüksemburq da eyni qərarı açıqlayıb. Makron çıxışında bildirib ki, “Fələstində ərəb dövlətinin yaradılması vədi hələ də yerinə yetirilməyib”: “Biz hələ də Yaxın Şərqdə ədalətli və davamlı sülh qura bilməmişik. Bu, kollektiv məsuliyyətimizdir. Fələstin xalqının qanuni hüquqlarının tanınması İsrail xalqının hüquqlarını heç vaxt azaltmır. Əksinə, bu tanınma İsrailə sülh gətirəcək yeganə çıxış yoludur”. “Reuters” yazır ki, Makronun çıxışında İsrail nümayəndələri iştirak etməyib. Fransa artıq iyul ayında Fələstini tanı


Listen to this article