Categories
South Caucasus

“Formula 1” üzrə Azərbaycan Qran-Prisinin müddəti daha beş il uzadılıb. Bakı Şəhər Halqasının yaydığı məlumata görə, yeni anlaşmaya əsasən, paytaxt Bakıda yarışlar 2030-cu ilə qədər davam edəcək. Azərbaycan ilk dəfə 2016-cı ildə “Formula 1” yarışına ev sahibliyi etmək üçün müqavilə imzalayıb. Sonuncu dəfə Qran-Pri bu ilin sentyabrın 19–21-də Bakının mərkəzi küçələrində təşkil olunub. Bu il də şəhərin mərkəzi küçələrində dəmir barmaqlıqlar, piyadalarla yolun hərəkət hissəsini ayıran beton plitələr quraşdırılıb. Yarışların keçiriləcəyi günlərdə isə nəqliyyatın intensiv olduğu əsas yollarda hərəkət məhdudlaşdırılıb. Bəzi məktəblərdə dərslər isə onlayn keçirilib. Rəsmi açıqlamalara görə, ötən il


Listen to this article