“Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevin “Azenco” ASC-də məsləhətçi kimi çalışdığı və ona aylıq 55 min manat əməkhaqqı verildiyi iddia olunur. Bu iddia şirkətin keçmiş Müşahidə Şurası sədri Vüqar Əliyevin məhkəməsində səsləndirilib. “Azenco” isə prosesdə irəli sürülən iddiaların kifayət qədər sübutla əsaslandırılmadığını bildirir.
“Azadlıq Radiosu”nun məlumatına görə, şirkətin 3,5 milyon manatdan çox vəsaitini mənimsəməkdə ittiham olunan Vüqar Əliyevin növbəti məhkəmə iclası noyabrın 2-də keçirilib. İclasda “Azenco”nun İdarə Heyətinin sədri Pərviz Hacıyev şahid qismində ifadə verib.
Vüqar Əliyev əvvəllər şirkətin İdarə Heyətinin sədri olub. 2023-cü ilin mayında bu vəzifəyə Pərviz Hacıyev təyin edilib, Əliyev isə Müşahidə Şurasının sədri olub.
Məhkəmə prosesində Etibar Pirverdiyevin adı ilk iclasdan hallanır. Yayda başlayan məhkəmə əvvəlcə açıq keçirilsə də, sonradan prosesin qapalı davam etdirilməsinə qərar verilib. Bir neçə ay sonra hakimlər bu qərarı dəyişiblər.
Ətraflı oxumaq üçün: abzas.info/az/2026/11/etibar…
