Avropa İttifaqı (Aİ) dünya dövlətlərini jurnalistlərin təhlükəsizliyini təmin etməyə, onlara qarşı törədilən cinayətləri araşdırmağa və təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıb. Qurum bildirib ki, jurnalistlərin öldürülməsi, həbs edilməsi, təqiblərə məruz qalması və sürgünə məcbur edilməsi azad və demokratik cəmiyyətlərin əsaslarını sarsıdır.
Bu barədə noyabrın 1-də Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Beynəlxalq Günü münasibətilə Avropa Komissiyasının icraçı vitse-prezidenti Henna Virkkunen, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa komissarı Maykl Makqratın birgə bəyanatında bildirilib.
Bəyanatda qeyd olunur ki, dünyanın müxtəlif ölkələrində jurnalistlər peşə fəaliyyətlərinə və hakimiyyətdə olan şəxslərin fəaliyyətini araşdırdıqlarına görə öldürülür, işgəncəyə məruz qalır, təqib edilir, həbs olunur və ölkələrini tərk etməyə məcbur edilirlər.
Xəbərin davamı: abzas.info/az/2026/11/avropa…
