Categories
South Caucasus

Noyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə şahidlərin dindirilməsinə başlanılıb. Prosesdə həbsdə olan jurnalistlərin və vəkillərinin bir sıra vəsatətlərinə də baxılıb. “Meydan TV”nin yazdığına görə, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq Bakı Jurnalistika Məktəbinin yerləşdiyi ofisin sahibi Tamilla Qurbanova ifadə verib. O bildirib ki, əmlakını uzun illərdir qanuni əsaslarla icarəyə verib və başqa hər hansı məlumatı yoxdur. İş üzrə təqsirləndirilən şəxslərdən biri, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov şahidin ifadəsindən sonra etirazını bildirib. O, ofisin 1500–2000 avroya icarəyə verilməsi ilə bağlı cinayət işindəki sən


Listen to this article
Noyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə şahidlərin dindirilməsinə başlanılıb. Prosesdə həbsdə olan jurnalistlərin və vəkillərinin bir sıra vəsatətlərinə də baxılıb.

“Meydan TV”nin yazdığına görə, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq Bakı Jurnalistika Məktəbinin yerləşdiyi ofisin sahibi Tamilla Qurbanova ifadə verib.

O bildirib ki, əmlakını uzun illərdir qanuni əsaslarla icarəyə verib və başqa hər hansı məlumatı yoxdur.

İş üzrə təqsirləndirilən şəxslərdən biri, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov şahidin ifadəsindən sonra etirazını bildirib. O, ofisin 1500–2000 avroya icarəyə verilməsi ilə bağlı cinayət işindəki sənədlərin mötəbər sübut sayıla bilməyəcəyini deyib.

Tahirovun sözlərinə görə, həmin sənədlərin əslləri təqdim olunmayıb və məzmunları həqiqəti əks etdirmir.

Məhkəmə prosesində həbsdə olan jurnalist Şəmşad Ağa ilə hakim Zaur Hacıyev arasında mübahisə də yaranıb.

“Yaxınlarım, hörmət elədiyim adamlar burada olmasa, heç bu məhkəməyə gəlmərəm. Çünki bu, məhkəmə deyil, məzhəkədir. Siz özünüzü hakim hesab eləyirsiniz? Hakim olan kəs nəyisə araşdırar”, – Şəmşad Ağa bildirib.

Ətraflı:  abzas.info/az/2026/11/aynur-…