Categories
South Caucasus

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın həbs hökmlərindən verilmiş apellyasiya şikayəti üzrə ilkin məhkəmə iclasında müdafiə tərəfinin bütün vəsatətləri rədd edilib. Oktyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslərin şüşə kabinədən çıxarılmasını, ev dustaqlığına buraxılmasını və cinayət işindəki sübutların yenidən araşdırılmasını tələb ediblər. “Azadlıq Radiosu”nun məlumatına görə, vəkil Elçin Sadıqov Anar Məmmədli və Anar Abdullanın məhkəmə zalındakı şüşə kabinədən çıxarılaraq müdafiəçilərinin yanında əyləşməsini istəyib.


Listen to this article
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın həbs hökmlərindən verilmiş apellyasiya şikayəti üzrə ilkin məhkəmə iclasında müdafiə tərəfinin bütün vəsatətləri rədd edilib.

Oktyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslərin şüşə kabinədən çıxarılmasını, ev dustaqlığına buraxılmasını və cinayət işindəki sübutların yenidən araşdırılmasını tələb ediblər.

“Azadlıq Radiosu”nun məlumatına görə, vəkil Elçin Sadıqov Anar Məmmədli və Anar Abdullanın məhkəmə zalındakı şüşə kabinədən çıxarılaraq müdafiəçilərinin yanında əyləşməsini istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Qərar zalın pəncərələrinin açıq olması və təqsirləndirilən şəxslərin qaçma ehtimalı ilə əsaslandırılıb.

Vəkil cinayət işindəki bir sıra sənədlərin sübut kimi qəbul edilməsinə də etiraz edib. Onun sözlərinə görə, həmin sənədlərə müdafiə tərəfinin iştirakı olmadan baxış keçirilib. Bu məsələ birinci instansiya məhkəməsində də qaldırılsa da, nəzərə alınmayıb.

Xəbərin davamı:  abzas.info/az/2026/10/anar-m…