Categories
South Caucasus

Elçin Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. Prezident İlham Əliyev oktyabrın 22-də bununla bağlı sərəncam imzalayıb. Yusubovun adı daha əvvəl “Abzas Media”nın 100 min manatlıq şübhəli hərrac epizodu ilə bağlı araşdırmasında hallanmışdı. Bakı Hərbi Məhkəməsində səsləndirilən şahid ifadəsinə görə, hərracın nəticəsinə təsir göstərmək üçün 100 min manat Əmlak Məsələləri Dövlət Xidmətinin “Elçin” adlı rəis müavininə çatdırılmalı idi. Şahid həmin şəxsin soyadını çəkməyib. “Abzas Media” isə rəsmi mənbələr əsasında həmin dövrdə bu vəzifədə Elçin Yusubovun çalışdığını müəyyən etmişdi. Pulun Yusubova çatdığı təsdiqlənməyib. M


Listen to this article
Elçin Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. Prezident İlham Əliyev oktyabrın 22-də bununla bağlı sərəncam imzalayıb.

Yusubovun adı daha əvvəl “Abzas Media”nın 100 min manatlıq şübhəli hərrac epizodu ilə bağlı araşdırmasında hallanmışdı.

Bakı Hərbi Məhkəməsində səsləndirilən şahid ifadəsinə görə, hərracın nəticəsinə təsir göstərmək üçün 100 min manat Əmlak Məsələləri Dövlət Xidmətinin “Elçin” adlı rəis müavininə çatdırılmalı idi. Şahid həmin şəxsin soyadını çəkməyib. “Abzas Media” isə rəsmi mənbələr əsasında həmin dövrdə bu vəzifədə Elçin Yusubovun çalışdığını müəyyən etmişdi.

Pulun Yusubova çatdığı təsdiqlənməyib. Məhkəmə də bu epizoda ayrıca hüquqi qiymət verməyib.

Elçin Yusubovun adının hallandığı 100 min manatlıq hərrac epizodunun təfərrüatlarını “Abzas Media”nın araşdırmasından bir daha oxumaq üçün:  abzas.info/az/2026/9/prezide…