Categories
South Caucasus

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan rəsmiləri bəzən sülh prosesinə töhfə verməyən açıqlamalar səsləndirirlər. Onun sözlərinə görə, Azərbaycanın sülhə münasibəti heç də həmişə eyni olmur. Mirzoyan bu barədə oktyabrın 21-də Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının iclasında deputatlardan birinin Azərbaycan rəsmilərinin ritorikası ilə bağlı narahatlığına cavab verərkən danışıb. “Bəli, bəzən, o cümlədən rəsmi şəxslərdən, yumşaq desək, sülhə töhfə verməyən ifadələr eşidirik. Bunu kim inkar edə bilər? Sülh işi, hətta bizim vəziyyətimizi və hisslərimizi bir kənara qoysaq belə, daimi qayğı tələb edir”,


Listen to this article
Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan rəsmiləri bəzən sülh prosesinə töhfə verməyən açıqlamalar səsləndirirlər.

Onun sözlərinə görə, Azərbaycanın sülhə münasibəti heç də həmişə eyni olmur.

Mirzoyan bu barədə oktyabrın 21-də Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının iclasında deputatlardan birinin Azərbaycan rəsmilərinin ritorikası ilə bağlı narahatlığına cavab verərkən danışıb.

“Bəli, bəzən, o cümlədən rəsmi şəxslərdən, yumşaq desək, sülhə töhfə verməyən ifadələr eşidirik. Bunu kim inkar edə bilər? Sülh işi, hətta bizim vəziyyətimizi və hisslərimizi bir kənara qoysaq belə, daimi qayğı tələb edir”, – nazir bildirib.

Mirzoyan Azərbaycan tərəfinin sülhə münasibətində bəzən müsbət, bəzən isə əks yanaşma müşahidə olunduğunu deyib.

Nazir mövcud vəziyyəti tamamilə müsbət qiymətləndirmədiyini və problemlərin olduğunu qəbul etdiyini vurğulayıb. Bununla belə, o, Ermənistanın belə şəraitdə münasibətlərin normallaşdırılması istiqamətində işi davam etdirməli, yoxsa indiyədək əldə olunan nəticələrdən imtina etməli olduğu sualını gündəmə gətirib.

Mirzoyanın sözlərinə görə, uzunmüddətli münaqişədən sonra bütün problemləri eyni vaxtda həll etmək mümkün deyil. Hüquqi məsələlərin və razılaşmaların həlli ilə yanaşı, cəmiyyətlərin barışması da vacibdir və bunun üçün zaman lazımdır.

Ermənistan XİN rəhbəri qarşılıqlı iqtisadi maraqların sülhün qorunmasında mühüm rol oynadığını bildirib:

“Mən deyirəm ki, qarşılıqlı fayda hər şeyin – uğurun və sülhün təminatıdır. Bizim maraqlarımız var, Azərbaycanın da maraqları var. Hətta deyə bilərəm ki, bir çox üçüncü ölkələrin də maraqları mövcuddur”.