Categories
South Caucasus

Azərbaycanla Türkiyə arasında son günlər məktəblərdə hicabla bağlı məhdudiyyətlər və Bakının İsraillə yaxın münasibətləri fonunda fikir ayrılıqları yaranıb. Lakin hər iki ölkənin strateji maraqları münasibətlərin ciddi şəkildə pozulmasına imkan vermir. Bu barədə “Forbes” jurnalında dərc edilən məqalədə bildirilir. Nəşr yazır ki, Azərbaycanla Türkiyə bir-birinin ən yaxın müttəfiqlərindən olsa da, son hadisələr münasibətlərdə gərginlik yaradıb. Vurğulanır ki, Azərbaycanın strateji əhəmiyyəti yalnız neft və qaz ehtiyatları ilə məhdudlaşmır. Ölkə həm də Mərkəzi Asiyanın Rusiya və İrandan asılı olmayan alternativ nəqliyyat marşrutları vasitəsilə dünya bazarlarına çıxışı üçün mühüm rol oynayır. Tü


Listen to this article
Azərbaycanla Türkiyə arasında son günlər məktəblərdə hicabla bağlı məhdudiyyətlər və Bakının İsraillə yaxın münasibətləri fonunda fikir ayrılıqları yaranıb. Lakin hər iki ölkənin strateji maraqları münasibətlərin ciddi şəkildə pozulmasına imkan vermir.

Bu barədə “Forbes” jurnalında dərc edilən məqalədə bildirilir.

Nəşr yazır ki, Azərbaycanla Türkiyə bir-birinin ən yaxın müttəfiqlərindən olsa da, son hadisələr münasibətlərdə gərginlik yaradıb.

Vurğulanır ki, Azərbaycanın strateji əhəmiyyəti yalnız neft və qaz ehtiyatları ilə məhdudlaşmır. Ölkə həm də Mərkəzi Asiyanın Rusiya və İrandan asılı olmayan alternativ nəqliyyat marşrutları vasitəsilə dünya bazarlarına çıxışı üçün mühüm rol oynayır.

Türkiyə isə Azərbaycan neftinin və Mərkəzi Asiya ölkələrinin resurslarının beynəlxalq bazarlara daşınmasında əsas tranzit ölkələrdən biridir.

Nəşr Azərbaycanın xarici siyasətindəki əsas ziddiyyətlərdən birinin eyni vaxtda həm Türkiyə, həm də İsraillə strateji tərəfdaşlıq etməsi olduğunu qeyd edir.

Məqaləni oxumaq üçün:  shorturl.at/I9QT9