Categories
South Caucasus

“ http://Meclis.info işi” üzrə dövlət ittihamçısı İmran Əliyevin 12, Elgiz Qəhrəmanın isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda əvvəlcə sənədlər tədqiq olunub. Ardınca dövlət ittihamçısı Elvin Mirzəyev çıxış edərək cəza tələbini açıqlayıb. Prokurorun çıxışı zamanı bu iş üzrə təqsirləndirilənlərdən Tamella Musayevanın səhhəti pisləşib. Buna görə dövlət ittihamçısının çıxışı yarımçıq qalıb. Növbəti məhkəmə iclası noyabrın 3-nə təyin edilib. Həmin məhkəmədə prokurorun çıxışını tamamlayacağı və müdafiə tərəfinin son sözlə çıxış edəcəyi gözlənilir. İmran Əliyev 2024-cü il apre


Listen to this article
“ Meclis.info işi” üzrə dövlət ittihamçısı İmran Əliyevin 12, Elgiz Qəhrəmanın isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda əvvəlcə sənədlər tədqiq olunub. Ardınca dövlət ittihamçısı Elvin Mirzəyev çıxış edərək cəza tələbini açıqlayıb.

Prokurorun çıxışı zamanı bu iş üzrə təqsirləndirilənlərdən Tamella Musayevanın səhhəti pisləşib. Buna görə dövlət ittihamçısının çıxışı yarımçıq qalıb.

Növbəti məhkəmə iclası noyabrın 3-nə təyin edilib. Həmin məhkəmədə prokurorun çıxışını tamamlayacağı və müdafiə tərəfinin son sözlə çıxış edəcəyi gözlənilir.

İmran Əliyev 2024-cü il aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin qaçaqmalçılıqla bağlı 206.3.1 və 206.3.2-ci maddələri ilə ittiham irəli sürülüb. Sonradan ittihamların dairəsi genişləndirilib.

Elgiz Qəhrəman və Tamella Musayeva isə bu iş üzrə 2025-ci ilin fevralında cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hazırda hər üç şəxs Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə ittiham olunur. Bu ittihamlar üzrə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları “ Meclis.info işi”ni siyasi motivli hesab edirlər.