Categories
South Caucasus

Masallıda məktəb qarşısında hicabla bağlı etiraz edən, ikinci dərəcəli əlilliyi olan şəxs 25 sutka inzibati həbs edilib. Oktyabrın 14-də Masallı Rayon Məhkəməsi onun barəsində həbs qərarı çıxarıb. “Abzas Media”nın əldə etdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Masallı sakini İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib. Hadisə Masallı şəhərindəki orta məktəblərdən birinin qarşısında baş verib. Şəxs məhkəmədə bildirib ki, məktəbin qarşısında hicabla bağlı etiraz edib, polis əməkdaşları ona yaxınlaşaraq etirazı dayandırmağı tələb edib, lakin o, buna əməl etməyib. Ətraflı oxuyun: https://abzas.in


Listen to this article
Masallıda məktəb qarşısında hicabla bağlı etiraz edən, ikinci dərəcəli əlilliyi olan şəxs 25 sutka inzibati həbs edilib. Oktyabrın 14-də Masallı Rayon Məhkəməsi onun barəsində həbs qərarı çıxarıb.

“Abzas Media”nın əldə etdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Masallı sakini İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib.

Hadisə Masallı şəhərindəki orta məktəblərdən birinin qarşısında baş verib. Şəxs məhkəmədə bildirib ki, məktəbin qarşısında hicabla bağlı etiraz edib, polis əməkdaşları ona yaxınlaşaraq etirazı dayandırmağı tələb edib, lakin o, buna əməl etməyib.

Ətraflı oxuyun:  abzas.info/az/2026/10/masall…