Categories
South Caucasus

Almaniyanın paytaxtı Berlində Azərbaycan məktəblərində hicabla bağlı tətbiq edilən məhdudiyyətlərə etiraz olaraq “Hicaba azadlıq” aksiyası keçirilib. İştirakçılar Azərbaycan hakimiyyətini qadağanı ləğv etməyə çağırıblar. Aksiyadan sonra hökumətyönlü media bəzi iştirakçıların İran bayrağı qaldırmasını önə çəkərək tədbiri İran hakimiyyəti ilə əlaqələndirib. Müsəlman Birliyi Hərəkatının Avropa nümayəndəliyi bu iddiaları təkzib edib. Qurum bildirib ki, mühacirlərin qaldırdığı bayraqlar hər hansı rejimə dəstək deyil, mənsub olduqları xalqların və şəxsi siyasi mövqelərinin ifadəsi ola bilər. Oktyabrdan Bakı və bir sıra rayonlarda hicablı şagird və müəllimlərin məktəblərə buraxılmadığına dair məlum


Listen to this article
Almaniyanın paytaxtı Berlində Azərbaycan məktəblərində hicabla bağlı tətbiq edilən məhdudiyyətlərə etiraz olaraq “Hicaba azadlıq” aksiyası keçirilib. İştirakçılar Azərbaycan hakimiyyətini qadağanı ləğv etməyə çağırıblar.

Aksiyadan sonra hökumətyönlü media bəzi iştirakçıların İran bayrağı qaldırmasını önə çəkərək tədbiri İran hakimiyyəti ilə əlaqələndirib.

Müsəlman Birliyi Hərəkatının Avropa nümayəndəliyi bu iddiaları təkzib edib. Qurum bildirib ki, mühacirlərin qaldırdığı bayraqlar hər hansı rejimə dəstək deyil, mənsub olduqları xalqların və şəxsi siyasi mövqelərinin ifadəsi ola bilər.

Oktyabrdan Bakı və bir sıra rayonlarda hicablı şagird və müəllimlərin məktəblərə buraxılmadığına dair məlumatlar yayılıb. Bu məhdudiyyətlər müxtəlif yerlərdə valideyn və şagirdlərin etirazlarına səbəb olub.
Video