Categories
South Caucasus

Türkiyədən Azərbaycanla bağlı ardıcıl mesajlar verildi


Listen to this article

Türkiyənin siyasi partiyaları, siyasətçiləri, universitet rəhbərləri, vilayət administrasiyaları, həmkarlar ittifaqları, idman klubları, media orqanları və sıravi vətəndaşları Azərbaycana dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü ilə əlaqədar təbriklər ünvanlayıblar. Təbriklərdə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi “xalqın azadlıq və müstəqillik arzularında tarixi dönüş nöqtələrindən biri” adlandırılır. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının əhəmiyyəti vurğulanır. Ölkəmizin azadlığı, bütövlüyü və suverenliyi uğrunda mübarizədə qəhrəmanlıq göstərən Azərbaycanın oğul və qızlarına minnətdarlıq ifadə edilir. Həmçinin Türkiyə və Azərbaycanın həmrəyliyi və birliyi “Türk dünyasının birliyinin ayrılmaz fundamental elementi” kimi dəyərləndirilir. Təbriklərdə Şuşa Bəyannaməsinin əhəmiyyətinə və iki qardaş ölkə arasında münasibətlərə xələl gətirməyin yolverilməzliyinə diqqət çəkilir. Azərbaycanın müstəqilliyinin əbədi olacağına qəti inam ifadə olunur.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) rəsmi YouTube kanalına xoş gəlmisiniz! 🇦🇿
Ölkəmizdə və dünyada baş verən ən son hadisələri, rəsmi xəbərləri, operativ təhlilləri və eksklüziv reportajları birinci mənbədən izləyin. AzTV – Azərbaycanın ilk və aparıcı televiziya kanalı olaraq sizə aşağıdakı mövzularda keyfiyyətli kontent təqdim edir:

🔴 Operativ Xəbərlər: Günün siyasi, iqtisadi və sosial mənzərəsi
🔴 Rəsmi Bəyanatlar: Dövlət əhəmiyyətli tədbirlər və çıxışlar
🔴 Analitika və Müsahibələr: Ekspert rəyləri, gündəm yaradan qonaqlar
🔴 Mədəniyyət və Tarix: Azərbaycanın zəngin irsi, sənədli filmlər və maarifləndirici layihələr

Canlı yayımları qaçırmamaq və gündəmdən geri qalmamaq üçün kanala abunə olmağı və bildirişləri (🔔) açmağı unutmayın.

📲 Bizi sosial şəbəkələrdə izləyin:
YouTube: https://www.youtube.com/@aztvresmi
Facebook: https://www.facebook.com/aztvresmi
Instagram: https://www.instagram.com/aztvresmi/
X (Twitter): https://x.com/aztvresmi
Telegram: https://t.me/aztv_resmi

🌐 Rəsmi saytımız:
https://aztv.az

#AzTV100 #türkiyə #türkiye #azərbaycan #mesaj