“Dərslərində yaxşı oxuyan uşaqdır. Bu uşağı elə soyudurlar ki, deyir, sabah bəlkə məktəbə getməyim? Yəni uşaqları bu qədər dərsdən soyutmaq olmaz”.
Yasəmən Məmmədovanın qızı səkkizinci sinifdə oxuyur. Anası deyir ki, hicabına görə Sumqayıtda Mikayıl Müşfiq adına 34 nömrəli məktəbə buraxılmır. Əvvəllər dərsdən qalmaq istəməyən uşaq indi məktəbə getməkdən çəkinir.
Hüquqşünas Yalçın İmanov deyir ki, dünyəvilik həm də tədrisin elmi əsaslara söykənməsini nəzərdə tutur. Onun fikrincə, geyim qaydaları tətbiq edilərkən həm təhsil hüququ, həm də vicdan azadlığı qorunmalıdır.
İmanov müəllimlərin hicaba görə dərsə buraxılmamasını isə əmək hüquqlarının pozulması kimi qiymətləndirir.
Tam videonu YouTube səhifəmizdən izləyin: youtu.be/hgejB1ri6Ew?si=PcT8…
Video
