Categories
South Caucasus

Prezident Administrasiyasının keçmiş rəhbəri, dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə ittiham olunan Ramiz Mehdiyev hakim Yeni Azərbaycan Partiyasından (YAP) çıxarılıb. Partiya onun dövlət təltiflərindən məhrum edilməsi təşəbbüsü ilə də çıxış edib. “APA”nın məlumatına görə, bu barədə qərar oktyabrın 16-da YAP İdarə Heyətinin iclasında qəbul edilib. Bu, partiyanın VIII qurultayından sonra İdarə Heyətinin ilk iclasıdır. Toplantıda YAP-ın Veteranlar Şurasının yeni tərkibi də formalaşdırılıb. Mehdiyev Şuranın yeni tərkibinə daxil edilməyib. Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edib, 2019-2022-ci illərdə isə Azərbaycan Milli El


Listen to this article
Prezident Administrasiyasının keçmiş rəhbəri, dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə ittiham olunan Ramiz Mehdiyev hakim Yeni Azərbaycan Partiyasından (YAP) çıxarılıb. Partiya onun dövlət təltiflərindən məhrum edilməsi təşəbbüsü ilə də çıxış edib.

“APA”nın məlumatına görə, bu barədə qərar oktyabrın 16-da YAP İdarə Heyətinin iclasında qəbul edilib. Bu, partiyanın VIII qurultayından sonra İdarə Heyətinin ilk iclasıdır.

Toplantıda YAP-ın Veteranlar Şurasının yeni tərkibi də formalaşdırılıb. Mehdiyev Şuranın yeni tərkibinə daxil edilməyib.

Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edib, 2019-2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

Onun barəsində 2025-ci ilin oktyabrında cinayət işi açılıb. Həmin il oktyabrın 14-də Səbail Rayon Məhkəməsi Mehdiyev barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Sonradan ev dustaqlığının müddəti bir neçə dəfə uzadılıb.

Mehdiyevə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham irəli sürülüb.

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Mehdiyevin və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə işi baxışa verib.

Mehdiyevin və Əmirovun ittihamlara münasibəti ictimaiyyətə açıqlanmayıb.