Categories
South Caucasus

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla anklav və eksklavlar məsələsini ərazi mübadiləsi yolu ilə həll etməyi təklif edib. Xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, Ermənistanın ərazisinin dəyişməsini nəzərdə tutan qərar ümumxalq səsverməsinə çıxarılmalıdır. Mirzoyan oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin vitse-prezidenti İnyatsio Kassislə birgə mətbuat konfransında “Sputnik Ermənistan”ın sualını cavablandırarkən anklavların mübadiləsini mümkün həll variantlarından biri adlandırıb. “Hər hansı razılaşmanı əvvəlcədən müəyyənləşdirmək istəmirəm. Amma deyə bilərəm ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinin bir hi


Listen to this article
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla anklav və eksklavlar məsələsini ərazi mübadiləsi yolu ilə həll etməyi təklif edib. Xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, Ermənistanın ərazisinin dəyişməsini nəzərdə tutan qərar ümumxalq səsverməsinə çıxarılmalıdır.

Mirzoyan oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin vitse-prezidenti İnyatsio Kassislə birgə mətbuat konfransında “Sputnik Ermənistan”ın sualını cavablandırarkən anklavların mübadiləsini mümkün həll variantlarından biri adlandırıb.

“Hər hansı razılaşmanı əvvəlcədən müəyyənləşdirmək istəmirəm. Amma deyə bilərəm ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinin bir hissəsi başqa dövlətə verilməli və əvəzində başqa ərazi alınmalıdırsa, yəni ərazi dəyişikliyi baş verməlidirsə, bu məsələ ümumxalq səsverməsini nəzərdə tutur. Belə də olacaq, bundan yayınmaq mümkün deyil”, – Mirzoyan deyib.

Xəbərin davamı:  shorturl.at/zwrWM