Categories
South Caucasus

Hakim Yeni Azərbaycan Partiyası (YAP) hicablı şagirdlərin məktəblərə buraxılmamasını tənqid edən Türkiyə prezidentinin baş müşaviri Oktay Saralın və AKP deputatlarının açıqlamalarını “populist və məsuliyyətsiz” adlandırıb. Partiya Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasını (AKP) “bu zərərli siyasətdən çəkinməyə” çağırıb. YAP-ın Mətbuat Xidmətinin oktyabrın 13-də yaydığı bəyanatda bu açıqlamaların Azərbaycan-Türkiyə münasibətlərinə zidd olduğu və süni gərginlik yarada biləcəyi bildirilib. Partiya Türkiyənin bəzi media orqanlarını və sosial media platformalarını, o cümlədən AKP-yə yaxın informasiya resurslarını Azərbaycan haqqında “qərəzli, böhtan və iftira xarakterli” məlumatlar yaymaqda


Listen to this article
Hakim Yeni Azərbaycan Partiyası (YAP) hicablı şagirdlərin məktəblərə buraxılmamasını tənqid edən Türkiyə prezidentinin baş müşaviri Oktay Saralın və AKP deputatlarının açıqlamalarını “populist və məsuliyyətsiz” adlandırıb. Partiya Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasını (AKP) “bu zərərli siyasətdən çəkinməyə” çağırıb.

YAP-ın Mətbuat Xidmətinin oktyabrın 13-də yaydığı bəyanatda bu açıqlamaların Azərbaycan-Türkiyə münasibətlərinə zidd olduğu və süni gərginlik yarada biləcəyi bildirilib.

Partiya Türkiyənin bəzi media orqanlarını və sosial media platformalarını, o cümlədən AKP-yə yaxın informasiya resurslarını Azərbaycan haqqında “qərəzli, böhtan və iftira xarakterli” məlumatlar yaymaqda ittiham edib. YAP indiyədək iki partiya arasındakı tərəfdaşlığı və ölkələr arasındakı münasibətləri nəzərə alaraq bu hallara münasibətdə təmkin göstərdiyini bildirib.

Bəyanata görə, Saralın və AKP deputatlarının həmin “informasiya kampaniyasına” qoşulması partiyanı açıq münasibət bildirməyə vadar edib.

Xəbərin davamı:  shorturl.at/XegGQ