Rəsmilər yeni qanunun korrupsiya hallarının aşkarlanmasına və qarşısının alınmasına xidmət edəcəyini bildirirlər.
Jurnalist və siyasi şərhçi Rauf Mirqədirov isə hesab edir ki, müstəqil məhkəmə və ictimai nəzarətin olmadığı şəraitdə bu qanun korrupsiyaya qarşı mübarizə aparmaq əvəzinə, yeni repressiya və sui-istifadə mexanizminə çevrilə bilər.
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi oktyabrın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə olunub. Komitələr layihəni birinci oxunuşda plenar iclasa tövsiyə edib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev layihənin məqsədini belə izah edib:
“Layihənin əsas məqsədi təşkilatlarda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşdırılması və belə hüquqpozmaların törədilməsini istisna edən şəraitin yaradılmasıdır”.
Ətraflı oxumaq üçün: shorturl.at/Ev1yd
