Oktyabrın 13-də Qara dənizdə, Bolqarıstan sahilləri yaxınlığında iki ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Gəmilərdən biri batıb, digərində olan səkkiz Azərbaycan vətəndaşı isə xilas edilib.
Bu barədə Bolqarıstanın Baş naziri Rumen Radev məlumat verib.
Onun sözlərinə görə, gecə saat 01:30-da Bolqarıstanın Byala şəhərindən 33 kilometr şərqdə yerləşən “Chelsea 3” yük gəmisindən yardım siqnalı daxil olub.
Gəmi heyətinin bildirdiyinə görə, üç pilotsuz uçuş aparatı gəminin göyərtəsinə və yan hissəsinə zərbələr endirib.
Malta bayrağı altında üzən, Odessada qeydiyyatdan keçmiş və Ukrayna şirkətinə məxsus gəmidə 15 nəfər olub. Onlardan yeddisi Ukrayna, səkkizi isə Azərbaycan vətəndaşıdır.
Heyət üzvlərinin hamısı xilas edilərək Bolqarıstanın Varna şəhərinə aparılıb. Beş dənizçi yüngül xəsarətlər alıb və onlara tibbi yardım göstərilib. Yaralılardan bəziləri xəstəxanaya yerləşdirilib.
Daha ətraflı: shorturl.at/ezgpB
