Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Rauf Mirqədirovun dövlətə xəyanət ittihamı ilə həbs olunması və mühakimə edilməsi ilə bağlı işdə onun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu müəyyən edib. Məhkəmə Azərbaycan hökumətinin jurnalistə 3 min 600 avro təzminat ödəməsinə qərar verib.
“Azadlıq Radiosu”nun məlumatına görə, AİHM-in qərarında Azərbaycan məhkəmələrinin Mirqədirovun işinə obyektiv və hərtərəfli baxmadığı, müdafiə tərəfinin təqdim etdiyi dəlilləri və etirazları lazımi qaydada araşdırmadığı bildirilib:
“Yerli məhkəmələrin sübutları araşdırması və müdafiə tərəfinin etirazlarına münasibət bildirməsi qaydasında ciddi çatışmazlıqlar olub. Ərizəçi daxili məhkəmələr qarşısında ona aid edilən əməllərin dövlətə xəyanət cinayətinin əhatə dairəsinə düşmədiyi barədə ciddi və əsaslı arqumentlər ortaya qoyub.”
Davamı: shorturl.at/xDn3L
