Categories
South Caucasus

Türkiyənin müdafiə sənayesi şirkəti “Boğaziçi Savunma”nın Azərbaycandakı filialı ləğv olunur. Şirkətin bağlanma elanı Bakıda keçirilən “ADEX-2026” sərgisində Azərbaycan tərəfi ilə yerli istehsal və tərəfdaşlıq barədə razılığa gəlməsindən cəmi bir neçə gün sonra verilib. “Boğaziçi Savunma Teknolojileri Ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı filialının ləğvi ilə bağlı elan oktyabrın 4-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində dərc olunub. Elanda kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ünvanına təqdim edə biləcəkləri bildirilib. Şirkətin Azərbaycandakı filialı 2024-cü ildə vergi qeydiyyatına alınıb. F


Listen to this article
Türkiyənin müdafiə sənayesi şirkəti “Boğaziçi Savunma”nın Azərbaycandakı filialı ləğv olunur. Şirkətin bağlanma elanı Bakıda keçirilən “ADEX-2026” sərgisində Azərbaycan tərəfi ilə yerli istehsal və tərəfdaşlıq barədə razılığa gəlməsindən cəmi bir neçə gün sonra verilib.

“Boğaziçi Savunma Teknolojileri Ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı filialının ləğvi ilə bağlı elan oktyabrın 4-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində dərc olunub. Elanda kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ünvanına təqdim edə biləcəkləri bildirilib.

Şirkətin Azərbaycandakı filialı 2024-cü ildə vergi qeydiyyatına alınıb. Filiala Anar Məmmədov rəhbərlik edib.

Ankarada yerləşən “Boğaziçi Savunma Teknolojileri” əsasən antidron sistemlərinin hazırlanması üzrə ixtisaslaşıb. Şirkətin məlumatına görə, onun hazırladığı sistemlər pilotsuz uçuş aparatlarının aşkarlanması, müəyyənləşdirilməsi, izlənməsi və zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. Bu sistemlərdə radar, radiotezlik aşkarlama, elektro-optik və elektron müharibə texnologiyalarından istifadə edilir.

Xəbərin davamı:  shorturl.at/gDA1t