“Biz yataqlarda təhlükəsizlik üçün taxta maneələr olmalıdır dedikdə isə müəssisə rəisi Babək İsgəndərovun cavabı belə oldu: “Burada 4 min çarpayı var, mən hamısına taxta vurduranam? İndi o, yuxu görüb yerə düşübsə, mənim günahım nədir?””
“Abzas Media”nın 8 il azadlıqdan məhrum edilən jurnalisti Nərgiz Absalamova saxlanıldığı Lənkəran Penitensiar Kompleksində məhkumların təhlükəsizliyi və tibbi yardıma çıxışı ilə bağlı üzləşdiyi problemlərdən yazıb.
Absalamova sentyabrın 26-na keçən gecə 23 yaşlı məhkumun ikimərtəbəli çarpayıdan yıxılmasından sonra baş verənləri saatbasaat təsvir edir. Jurnalistin yazdığına görə, qadına tibbi yardımın göstərilməsi saatlarla gecikib, müəssisədə gecə növbəsində həkim olmayıb, təcili yardımın korpusa daxil olması isə əlavə maneələrlə üzləşib.
Nərgiz Absalamovanın “Yuxu görmək qadağandır?” adlı köşə yazısını oxuyun: shorturl.at/hFvmA
