“Armenpress”in məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, sülh artıq reallığa çevrilsə də, proses hələ tam institusionallaşmayıb və hökumət bunu sona çatdırmalıdır.
“Biz aralıq mərhələyə çatmışıq. Amma bu, aralıq mərhələdir, yekun deyil. Biz yekun mərhələyə doğru irəliləməliyik”, – Paşinyan deyib.
O, yekun mərhələdə sülh sazişinin imzalanması və ratifikasiyası ilə yanaşı, TRIPP layihəsi, Azərbaycan- Ermənistan sərhədinin delimitasiyası, kommunikasiyaların açılması, Türkiyə ilə münasibətlərin normallaşdırılması, “Şimal-Cənub” yolu və “Sülh qovşağı” layihəsini də qeyd edib.
Paşinyan hökumət üzvlərini siyasi mesaj və strategiyaları bu prioritetlər ətrafında qurmağa, real problemlərə və praktiki həll yollarına fokuslanmağa çağırıb. Onun sözlərinə görə, gündəlik informasiya axını hökuməti əsas məqsəddən yayındırmamalıdır.
