Bu barədə “Azadlıq Radiosu”na onun həyat yoldaşı Pərvin İbrahimova və vəkili Zibeydə Sadıqova məlumat veriblər.
Pərvin İbrahimovanın sözlərinə görə, 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi fəalın cəza rejiminin sərtləşdirilməsi üçün məhkəməyə təqdimat göndərib. Təqdimata iyulun 14-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədova baxacaq.
Nicad İbrahim bir aydan çoxdur müəssisənin cərimə kamerasında (“kars”) saxlanılır. Həyat yoldaşı bildirib ki, bunun səbəbi yalnız bu günlərdə məlum olub.
“Təqdimatda iddia olunur ki, guya Nicad müəssisədə nizam-intizam qaydalarını kobud şəkildə pozur, dava-dalaş salır və sair. Əlbəttə ki, bütün bunlar bəhanədir. İndiyə qədər də ictimai-siyasi fəalları müxtəlif bəhanələrlə həbsxana rejiminə göndəriblər – biri haqda yazmışdılar ki, idman etmir, başqası haqda yazmışdılar ki, yerini yığmır. Bu baxımdan, təəccüblü deyil”, – Pərvin İbrahimova deyib.
Xəbərin davamı: shorturl.at/WpY9x
