Categories
South Caucasus

Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından, keçmiş milli təhsil naziri Hüseyn Çelik jurnalist Şule Aydının “Tatava yok” verilişində Azərbaycandakı vəziyyəti Türkmənistan, Pakistan və digər ölkələrlə müqayisə edib. Çelik bildirib ki, Bakıda hava limanından şəhər mərkəzinə gedən yolda görünən işıqlı, hündür divarlar əslində “arxadakı səfaləti və görüntünü örtmək” üçündür. O, avtoritar respublikalarda hakimiyyətin seçki adı ilə ailə daxilində ötürülməsini də tənqid edib: “Heydər Əliyev öldü, yerinə kim gəldi? İlham Əliyev. Necə? Seçki ilə. Sevsinlər sizin seçkinizi”. Çelik əlavə edib ki, respublika vəliəhdlik sisteminə əsaslanan idarəetmə forması olmamalıdır.


Listen to this article
Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından, keçmiş milli təhsil naziri Hüseyn Çelik jurnalist Şule Aydının “Tatava yok” verilişində Azərbaycandakı vəziyyəti Türkmənistan, Pakistan və digər ölkələrlə müqayisə edib.

Çelik bildirib ki, Bakıda hava limanından şəhər mərkəzinə gedən yolda görünən işıqlı, hündür divarlar əslində “arxadakı səfaləti və görüntünü örtmək” üçündür.

O, avtoritar respublikalarda hakimiyyətin seçki adı ilə ailə daxilində ötürülməsini də tənqid edib:

“Heydər Əliyev öldü, yerinə kim gəldi? İlham Əliyev. Necə? Seçki ilə. Sevsinlər sizin seçkinizi”.

Çelik əlavə edib ki, respublika vəliəhdlik sisteminə əsaslanan idarəetmə forması olmamalıdır.
Video