Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) hərbi qulluqçular arasında sərbəst güləş birinciliyi keçirilib.
Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən birincilikdə əvvəlcə ƏÜO-nun zabiti, polkovnik-leytenant Vahid Məmmədov və yarışların baş hakimi Hikmət Hüseynov birinciliyin məqsəd və qaydalarını idmançı hərbi qulluqçuların diqqətinə çatdırıb. Bildirilib ki, ordumuzda idmanın inkişafı hər zaman diqqət mərkəzində saxlanılır, şəxsi heyətin idmana marağının artması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Hərbi qulluqçular arasında təşkil edilən müxtəlif idman yarışları da görülən işlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının hakimlərinin idarə etdikləri yarışlarda 12 komandadan 114 idmançı mübarizə aparıb.
Gərgin mübarizə ilə yadda qalan yarışlarda ilk 3 yerin qalibi motoatıcılardan ibarət komandalar olub.
Şəxsi və komanda hesabında ilk üçlükdə yer alan qaliblərə kubok, diplom və fəxri fərmanlar təqdim edilib.
ƏÜO-da hərbi qulluqçular arasında sərbəst güləş birinciliyi keçirilib – VİDEO