NATO-nun “Müdafiə təhsilinin genişlənməsi proqramı” çərçivəsində təhsil ekspertlərinin görüşü keçirilir
2024-cü il NATO-Azərbaycan birgə fəaliyyət planına əsasən, “Müdafiə təhsilinin genişlənməsi proqramı” (DEEP) çərçivəsində hər iki tərəfin təhsil ekspertlərinin görüşü keçirilir.
Keçirilən görüşdə xarici dil üzrə təlimatçıların hazırlanması, pedaqoji heyətin fəaliyyətinin müasir standartlar çərçivəsində təşkil olunması məsələləri müzakirə olunur, cari il ərzində görüləcək hərbi təhsil sahəsi üzrə istiqamətlər təhlil edilir.
Təhsil üzrə ekspertlərin görüşü martın 1-nə qədər davam edəcək.
NATO-nun “Müdafiə təhsilinin genişlənməsi proqramı” çərçivəsində təhsil ekspertlərinin görüşü keçirilir