The News And Times Review - NewsAndTimes.org | Links | Blog | Tweets  | Selected Articles 

Categories
South Caucasus News Review

Elchin Amirbayov holds talks with Brazilian officials (PHOTO)



Categories
South Caucasus News Review

Bu gün İlaxır çərşənbədir


Bu gün Azərbaycanda Novruz bayramının sonuncu- İlaxır çərşənbəsi qeyd olunur.

 

Senzor.az xatırladır ki, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Yəqin elə buna görədir ki, bu  çərşənbə xalq arasında həm də Torpaq çərşənbəsi adlanır.

 

İnama görə, İlaxır çərşənbə yetişəndə torpaq artıq əkinə də hazır olur və ona toxum səpmək olar. İlaxır çərşənbədə həm də bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.

 

Ümumiyyətlə, digər çərşənbələrdən fərqli olaraq, xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə keçirir. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar qalanır, onların üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. 

 

Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Adət-ənənəyə görə, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılmalıdır.

 

Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kirbit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. 

 

Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan…

 

Qeyd edək ki, bu il Yaz fəsli Azərbaycana martın 20-də, saat 13:01-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

 

İlaxır çərşənbəniz mübarək olsun!

 


Categories
South Caucasus News Review

Turkmenistan poised to play key role in expanding Southern Gas Corridor – Romania’s official (Exclusive)



Categories
South Caucasus News Review

Japan, EU and Southeast Asian countries to work out response to incidents in gray zone


Japan, the European Union, and five Southeast Asian countries, including Vietnam, Thailand, and the Philippines, will conduct incident response exercises in the so-called “gray zone” at the end of March. These exercises will address situations where incidents pose a threat but do not directly involve armed attacks, Azernews reports.

StatCounter - Free Web Tracker and Counter