Day: June 25, 2024
Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!
Sizi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkəmizin müdafiə qüdrətinin artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Müstəqilliyi əbədi, dönməz olan Azərbaycan dövləti regionda dayanıqlı sülhün, sabitliyin bərqərar olması və qorunmasının təminatçısına çevrilmişdir. Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğunun ilk addımları atıldı.
XX əsrin sonlarında müstəqilliyini yenidən qazanan ölkəmiz ordu quruculuğunda yeni mərhələyə qədəm qoydu.
1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etdi və Ümummilli Liderimiz varislik prinsipini əsas götürərək 26 iyun tarixini müasir Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü elan etdi.
Tariximizin şanlı səhifəsi sayılan bu gün, 106-cı ildönümünü böyük qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın təmin edilməsi, nizami ordu quruculuğu prosesinin prioritet məsələ elan olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımların nəticəsidir.
Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti-məişət şəraitinin, maddi rifah halının, mənzil məsələlərinin yaxşılaşdırılması və sosial qayğılarının həlli istiqamətində görülən işlərin davam etdirilməsi hərbi xidmətə marağın artmasına səbəb olmuşdur.
Möhtərəm Prezident, cənab Ali Baş Komandanın 28 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin verilməsi şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratmışdır.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi şəhərində Zəfər meydanında hərbi parad qəbul etməklə, Novruz tonqalını alovlandırmaqla Xalq, Dövlət, Ordu birliyinin təcəssümü olan Böyük Qələbəni təsdiqlədi.
İşğaldan azad olunmuş ərazilərimizdə Vətənin müdafiəsində ayıq-sayıq dayanan Azərbaycan Ordusu bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə və Böyük Qayıdışa layiqli töhfələr verir.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə həmişə sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığınızı yüksəldəcək, xidmətinizdə yeni uğurlar əldə etmək məqsədilə səy və bacarıqlarınızı daima artıracaqsınız.
Hərbi anda sədaqətinizə, çətin və şərəfli xidmətinizdə fədakarlığa görə hər birinizə minnətdarlığımı çatdırıram.
Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır.
Respublikamızın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi Silahlı Qüvvələr Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik.
Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Bir daha hər birinizi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı, uzun ömür, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov
Azərbaycan Respublikası müdafiə nazirinin 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
3-cü dərəcəli “Rəşadət” ordeni ilə
Baxşəliyev Azər Yavər oğlu – polkovnik
Mikayılov Elman Müzakir oğlu – polkovnik
Rüstəmov Fariz Məhərrəm oğlu – polkovnik
Baxşəliyev Nizami Fizuli oğlu – mayor
Abdulov İsmayıl Rövşən oğlu – baş leytenant
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əzizov Ramin Ruslan oğlu – polkovnik
Rüstəmov Elnur Zeynalabdul oğlu – polkovnik
Rzayev Mübariz Mehman oğlu – polkovnik
Əmiraslanov Kamal Həsən oğlu – polkovnik-leytenant
Həsənov Faiq Fazil oğlu – mayor
Bağırov Ülvi Hənifə oğlu – leytenant (ölümündən sonra)
Bayramov Rəsul Hakverdi oğlu – gizir
Abbasov Vüqar Şahban oğlu – kiçik çavuş
“Vətən uğrunda” medalı ilə
Hüseynov Müqabil Əziz oğlu – polkovnik
Məmmədov Rüstəm Əziz oğlu – polkovnik
Mirzəyev Təbriz Rəhim oğlu – polkovnik
Rəhimov Qasım Şahid oğlu – polkovnik
Yunusov İbrahim Mirxan oğlu – polkovnik
Abdullayev Fuad Ziyəddin oğlu – polkovnik-leytenant
Ağayev Mübariz Mail oğlu – polkovnik-leytenant
Alıyev Yalçın Zahid oğlu – istefada olan polkovnik-leytenant
Cahangirov Səxavət Əlikram oğlu – polkovnik-leytenant
Əliyev Namiq Elfail oğlu – tibb xidməti polkovnik-leytenantı
Hacıyev Turac Zakir oğlu – polkovnik-leytenant
Hüseynov Rəşad Əli oğlu – polkovnik-leytenant
İsmayılov Fərhad Xudaverdi oğlu – 2-ci dərəcəli kapitan
Qarayev Səbuhi Rauf oğlu – polkovnik-leytenant
Quliyev Elsevər Firdovsi oğlu – polkovnik-leytenant
Verdixanov Amil Sərkar oğlu – polkovnik-leytenant
Yadigarov Rahib Feyri oğlu – polkovnik-leytenant
Babayev Rza Dadaş oğlu – mayor
Hüseynov Elşən Əli oğlu – mayor
Qaffarov Eyvaz İlyaz oğlu – mayor
Nəzərov Firudin Mahir oğlu – mayor
Hudulov Ramazan İzzət oğlu – kapitan
Qasımov Babək Baba oğlu – kapitan
Bağırov Ülvi Hənifə oğlu – leytenant (ölümündən sonra)
Əhmədov Müşviq Gülbala oğlu – istefada olan kiçik gizir
İsmayılov Ayaz Musa oğlu – kiçik çavuş
Qasımov Hacıəli Tahir oğlu – əsgər (ölümündən sonra)
“İgidliyə görə” medalı ilə
Məmmədov Emil Rasim oğlu – polkovnik-leytenant
Salayev Natiq Akif oğlu – polkovnik-leytenant
Aydəmirov Mərdan Nadir oğlu – mayor
Hacıyev Eltac Nemət oğlu – mayor
Aslanzadə Ruslan Elman oğlu – kapitan
Ələkbərov Kənan Telman oğlu – kapitan
Bəxtiyarzadə Ramin Mehman oğlu – leytenant
Mustafayev Babək Əkbər oğlu – leytenant
Bədəlov Koroğlu Vaqif oğlu – kiçik çavuş
Quliyev Etibar Yadigar oğlu – əsgər
“Cəsur döyüşçü” medalı ilə
Şirinov Kənan Dilqam oğlu – mayor
Zeynalov Mirsadiq Zeynal oğlu – mayor
Babayev Gündüz Ulduz oğlu – baş leytenant
Əmirov Kamal Mənsur oğlu – baş leytenant
Quliyev Yəhya Saleh oğlu – baş leytenant
Rüstəmov Azad Mahir oğlu – baş leytenant
Bəyişov Emil Rövşən oğlu – leytenant
Dadaşov Orxan Fazil oğlu – leytenant
Nəcəfov Emin Məhərrəm oğlu – leytenant
Səfərov Xalid Rafət oğlu – leytenant
Şahverənov Xəyal Səbuhi oğlu – leytenant
Abdullayev Hidayət Marks oğlu – gizir
Həsənov Emin İman oğlu – gizir
Həsənov Səyyad Aydın oğlu – gizir
Səfərov Xəyal Heydər oğlu – gizir
Bayramov Məhəmməd Ədalət oğlu – kiçik gizir
Abdullayev Samir Ələddin oğlu – ehtiyatda olan əsgər
Babalı Xanlar Elburus oğlu – əsgər
Məmmədov Nizami Hasil oğlu – əsgər
“Döyüşdə fərqlənməyə görə” medalı ilə
Dəmirov Namik Raufoviç – mayor
Əzimov Əfqan Xanlar oğlu – kapitan
Hüseyinli Kamal Kamran oğlu – kapitan
Məmmədov Taleh Daşdəmir oğlu – kapitan
Ağayev Səməndər Sübhan oğlu – baş leytenant
Əhmədov Elgün Ədalət oğlu – baş leytenant
Lətifov Toğrul Telman oğlu – baş leytenant
Məmmədzadə Şaməddin Fərhad oğlu – baş leytenant
Yusifov Yusif Əliağa oğlu – baş leytenant
Cəfərov Amid Yalçın oğlu – leytenant
Əsgərov Xəyal Nəsrəddin oğlu – leytenant
İbrahimov İlyas Balamirzə oğlu – leytenant
Qurbanov Amid Malik oğlu – baş gizir
Sadıqov Balaəmi Ağami oğlu – gizir
Qaragözov Vüqar Müşfiq oğlu – kiçik çavuş
“Hərbi xidmətlərə görə” medalı ilə
Abdullayev Vüqar Vaqif oğlu – polkovnik
Ağayev Elşən Sultanağa oğlu – polkovnik
Baxışov Şahin Xamməd oğlu – 1-ci dərəcəli kapitan
Cabbarov Baba Yusif oğlu – polkovnik
Ələsgərli Elnur Əli oğlu – polkovnik
Hacıyev Elman Asif oğlu – polkovnik
Həsənov Arzu Şamil oğlu – ədliyyə polkovniki
İsgəndərov İlqar Bahadur oğlu – polkovnik
İsmayılov Şamil Arif oğlu – polkovnik
İsrəfilov Aydın Abdurəşid oğlu – polkovnik
Quliyev Elnar Adil oğlu – polkovnik
Quliyev Əlmahir Hüseyn oğlu – 1-ci dərəcəli kapitan
Mürsəlov Vüqar Rzaxan oğlu – tibb xidməti polkovniki
Seyidov Niyaməddin Mirəziz oğlu – tibb xidməti polkovniki
Vəliyev Hüseyin Ələsgər oğlu – polkovnik
Yusifov Cəsarət Həkim oğlu – polkovnik
Abbasov Mürşüd Cümşüd oğlu – polkovnik-leytenant
Aslanov Eldəniz İldırım oğlu – polkovnik-leytenant
Əliyev Fəqan Bayram oğlu – polkovnik-leytenant
Hümmətov Azər Adil oğlu – ehtiyatda olan polkovnik-leytenant
Kərimov Natiq Hidayət oğlu – polkovnik-leytenant
Qurbanov Elnur Ədalət oğlu – polkovnik-leytenant
Mehdiyev Elman Nəriman oğlu – polkovnik-leytenant
Mikayılov Elnur Fəhrad oğlu – polkovnik-leytenant
Nağıyev Hüseyn Balacan oğlu – polkovnik-leytenant
Orucov İlqar Rəhman oğlu – polkovnik-leytenant
Rəcəbov Elşən Nuru oğlu – polkovnik-leytenant
Şahbazov Mayıl Şahbaz oğlu – polkovnik-leytenant
Tağıyev Müseyyib Mütəllim oğlu – polkovnik-leytenant
Əzimli Dinar Arif oğlu – mayor
Xəlilov Babək Saleh oğlu – mayor
Qurbanov Elvin Namiq oğlu – mayor
Məmmədov Anar Rəşid oğlu – mayor
Muradov Aqil Sracəddin oğlu – mayor
Lətifov Lətif Nazim oğlu – kapitan
Umudov Yusif Rafiq oğlu – baş leytenant
Mirzəzadə Rza Məhərrəməli oğlu – leytenant
Kosayev Siruz Abdulməcid oğlu – kiçik leytenant
Məmmədov Şahin Əliqulu oğlu – baş gizir
Mehrəliyev Alim Eldar oğlu – kiçik gizir
Allahverdiyev Rahib Məmməd oğlu – kiçik çavuş
Hüseynov Elvin Hüseynağa oğlu – kiçik çavuş.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyun 2024-cü il
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı