Day: November 20, 2023
My interview with @michaeldickson at @StandWithUshttps://t.co/DhNhz7WZHZ
— George Deek (@GeorgeDeek) November 20, 2023
Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən silsilə tədbirlər davam etdirilir.
Ulu Öndərin 100 illiyi ilə əlaqədar “N” hərbi hissəsində “Heydər Əliyev müstəqilliyimizin və milli dövlətçiliyimizin banisidir” adlı tədbir keçirilib.
Əvvəlcə Ulu Öndərin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsinə ehtiram nümayiş etdirilib.
Hərbi qulluqçular, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri, məktəblilər və digər qonaqların iştirakı ilə keçirilən tədbirdən öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində güclü müdafiə qüdrətinə və peşəkar döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb. Ümummilli Liderin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Sonra Ulu Öndərin şərəfli həyat yolundan və müstəsna xidmətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Sonda vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib, şeirlər oxunub.
Ulu Öndərin 100 illiyi ilə əlaqədar tədbir keçirilib
В связи с исполнением соответствующего распоряжения Президента Азербайджанской Республики об объявлении 2023 года в нашей стране «Годом Гейдара Алиева», в Азербайджанской Армии продолжается ряд мероприятий, проводимых согласно плану, утвержденному министром обороны.
В Н-ской воинской части состоялось мероприятие «Гейдар Алиев – основоположник нашей независимости и национальной государственности», приуроченное к 100-летию Общенационального лидера.
Сначала были возложены цветы к памятнику Общенациональному лидеру, воздвигнутому на территории воинской части, почтена его светлая память.
Накануне мероприятия с участием военнослужащих, членов семей шехидов, ветеранов войны, представителей общественности, школьников и других гостей минутой молчания была почтена память Общенационального лидера нашего народа Гейдара Алиева и шехидов, отдавших жизнь во имя свободы и суверенитета нашей страны. Прозвучал Государственный гимн Азербайджанской Республики.
Выступившие отметили, что благодаря дальновидной политике и неустанной деятельности Общенационального лидера Гейдара Алиева и под его руководством была сформирована могучая, профессиональная Азербайджанская Армия, обладающая мощной обороноспособностью. Было подчеркнуто, что деятельность Общенационального лидера в области армейского строительства успешно продолжается Победоносным Верховным Главнокомандующим Ильхамом Алиевым.
Затем был продемонстрирован видеоролик, повествующий о славном жизненном пути и исключительных заслугах Общенационального лидера.
В заключение были исполнены песни, прочитаны стихи, воспевающие патриотизм.
Состоялось мероприятие, посвященное 100-летию Общенационального лидера

