Day: September 15, 2023
Sentyabrın 15-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Bakı şəhərinin azad edilməsinin 105 illiyinə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərindən, bu əlaqələrin uğurla inkişaf etməsindən, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsinin tarixi əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, qardaş ölkə istər torpaqlarımızın işğalda olduğu dövrdə, istərsə də 2020-ci ilin sentyabrın 27-dən başlayan və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı qələbəmiz ilə nəticələnən Vətən müharibəsində Azərbaycana mənəvi və siyasi dəstək göstərib.
Tədbir Bakı şəhərinin azad edilməsinin 105 illiyinə həsr olunmuş videoçarxın nümayiş olunması ilə başa çatıb.
Bakı şəhərinin azad edilməsinin 105 illiyi ilə əlaqədar “dəyirmi masa” keçirilib

A meeting of expert delegations from Azerbaijan and Armenia took place in Tbilisi, Report informs citing the Center of Analysis of International Relations (AIR Center).
From the Azerbaijani side, the delegation was headed by the chairman of the board of the center, Farid Shafiyev, and from the Armenian side, by the director of the Caucasus Institute, Alexander Iskandaryan.
The parties discussed issues of normalizing relations between the two countries.
